maksim

Ukraynalı aktyor Maksim Nelipa döyüş zamanı həlak olub.

Globalinfo.az xəbər verir ki, ukraynalı aktyor və teleaparıcı Maksim Nelipa mayın 12-də öldürülüb, dostları və ailəsi mayın 14-də biliblər.

Nelipa 2022-ci ilin martında Silahlı Qüvvələr sırasına daxil olub.

Nelipanın digər dostları və həmkarları sosial şəbəkədə xatirələrini paylaşıblar.

“Bizim həmkarımız, teleaparıcı Maks Nelipa döyüş zamanı həlak olub”, – jurnalist Yelena Filonova yazıb.

“İnana bilmirəm, ağır itkidir. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Maks, sənin təbəssümün həmişə yaddaşımızda qalacaq”.

Qeyd edək ki, Nelipa məşhur televiziya proqramlarında, o cümlədən “Dizel şousu” komediyasında aparıcılıq edirdi.(mili.az)

1278990(5) 1278990(2)

Paylaş: