pasinyan 13432 900x506 1

“1994-cü ildən, yəni atəşkəsin (Bişkek protokolu – red.) imzalandığı andan “Dağlıq Qarabağ”ın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar gedirdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, danışıqların başqa məzmunu olmayıb:

“Ermənistanda başqa məzmunlu danışıqlar yalnız daxili siyasi problemlərin həlli üçün aparılıb. Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olanda yuxarıda deyilənləri özümə etiraf etmədim. Ona görə xalqa da izah edə bilmədim”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: