Ukrayna Prezidenti Volodimir Zelenski Notr-Dam kilsəsinin təntənəli açılışı üçün Fransanın paytaxtı Parisə səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “AFP” mənbələrinə istinadən məlumat yayıb.
Orada Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Qeyd edilib ki, Zelenski ilə Donald Trampın təkbətək görüşü keçirilə bilər.
Qeyd edək ki, Zelenski, Tramp və Fransanın prezidenti Emmanuel Makronun Parisdə keçirilən görüşü bir saatdan az davam edib.
Bildirilib ki, görüş Yelisey sarayında baş tutub.
Təmaslar zamanı Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub.
Görüş zamanı Tramp Ukraynadakı müharibəni tez bir zamanda bitirəcəyini vəd etsə də, bunun necə olacağını dəqiqləşdirməyib.
Xatırladaq ki, Tramp və Zelenski Parisə 5 il əvvəl dağıdıcı yanğın nəticəsində ciddi ziyan dəymiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün gəliblər.