isr 12

İsrail Müdafiə Qüvvələri atəşkəs razılaşmasına baxmayaraq, “Hizbullah”ın hərəkətlərinə cavab olaraq Livanın cənubunda əməliyyat keçirib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məlumatda qeyd edilib ki, bu əməliyyat çərçivəsində İsrail Müdafiə Qüvvələri Hizbullahın Bekaadakı raket istehsalı obyekti ərazisindəki bir neçə hərbi nəqliyyat vasitəsini hədəf alıb.

“Suriya-Livan sərhədinə bitişik Hermel bölgəsində silah qaçaqmalçılığı üçün istifadə edilən terror infrastruktur obyektlərinə zərbələr endirilib ki, bunlar da İsrail dövləti üçün təhlükə yaradır və atəşkəs razılaşmalarını pozurdu”, – məlumatda deyilir.

İDF əməliyyat vaxtı yaralanan Livan ordusunun əsgəri ilə bağlı məlumatlı olduqlarını və məsələnin araşdırıldığını qeyd edib.

Paylaş: