1663696641 6329f8c55d0026329f8c55d00316636950456329f8c55cffd6329f8c55cfff

 

Sumqayıt şəhər 1 saylı orta məktəbin şagirdi Nihad Pənahov itkin düşüb.

Şagirdin yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, Nihad dərsə getdikdən sonra itib.

“Nihadın 7 dərsi var idi. 5-ci dərsdən uşaq yoxa çıxıb. Kameralara belə düşməyib. Polisə məlumat vermişik”, – deyə Nihadın bacısı bildirib.

Qeyd edək ki, 2010-cu il təvəllüdlü Nihad 7-ci sinif şagirdidir. Onu görənlərdən polisə müraciət etmələri xahiş olunur.

***

Sumqayıtda itkin düşən məktəbli Nihad Pənahov tapılıb. Onun yaxınları hazırda Sumqayıt şəhər 4-cü polis bölməsindədir.

Paylaş: