Sankt-Peterburqun Smolniskoye bələdiyyə dairəsinin deputatı Nikita Yuferev Prezident Vladimir Putinlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciət edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Nikita Yuferev özünün tviter səhifəsində yazıb.
Yuferev bildirib ki, Rusiya ordusu haqqında saxta məlumatlar yaydığı üçün Vladimir Putinə qarşı cinayət işi başlanmalıdır.
Deputatın sözlərinə görə, prezident dekabrın 21-də keçirdiyi mətbuat konfransında “müharibə” sözünü işlədib.
O deyib ki, “müharibə” ifadəsinə görə ölkədə artıq bir neçə min insan məhkum edilib.