346976212541894

ABŞ Həmas liderlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər arasında Türkiyədə yaşadığı iddia edilən Həmas nümayəndələri də var.

Sanksiyalar HƏMAS-ın yüksək vəzifəli şəxsləri və hərbi qulluqçularına, həmçinin terrorizmin maliyyələşdirilməsində və silah qaçaqmalçılığında iştirak edən bir sıra şəxslərə şamil olunur.

Qeyd edək ki, bu, ABŞ-ın HƏMAS-a qarşı tətbiq etdiyi sayca 9-cu sanksiyadır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: