FotoJet 2022 12 22T213927.229

“Naxçıvan əhalisi Prezident İlham Əliyev tərəfindən xüsusi nümayəndənin təyin olunması xəbərini müsbət qarşılayıb və onlar artıq öz fikirlərini deməkdən çəkinmirlər”.

Bu barədə hazırda Naxçıvanda olan Baku TV-nin əməkdaşı Tural Müseyibov məlumat verib.

O qeyd edib ki, Vasif Talıbovun özünə və ailəsinə məxsus olan “Nəqşicahan” holdinqin tərkibində olan bütün obyektlərin bağlanacağı xəbəri və həmin obyektlərdə tətbiq edilən endirimlər əhalinin marağına səbəb olub:

“Mağazalarda inanılmaz endirimlər var. 300-400 manatdan yuxarı qiymətə satılan mallar, hazırda 70-100 manata təcili olaraq satışa qoyulub. İnsanlar monopoliyanın və onların fəaliyyətinə mane olan qadağaların aradan qaldırılacağını ümid edərək yeniliklər gözləyirlər”.

Daha ətraflı süjetdə:


***

Naxçıvanda “Nəqşicahan” holqinqə məxsus olan bir sıra obyektlərin bağlanacağı elan olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Baku TV-də məlumat verilib.

Qeyd edilib ki, holdinqə məxsus ticarət obyektlərində mallar dəyər-dəyməzinə satışa çıxarılıb.

Daha ətraflı süjetdə:

Paylaş: