Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Akop Simidyan bildirib.
Nazir 65 səslə Ermənistanın Biomüxtəliflik Konvensiyası Tərəflərinin Forumunun ev sahibi ölkəsi seçildiyini deyib.
Qeyd edək ki, seçim Kolumbiyanın Kali şəhərində keçirilən COP16-da iştirak edən ölkələr tərəfindən aparılıb.
Əliyar Xəlil
Globalinfo.az