“Ermənistan potensial olaraq Hindistandan qırıcı təyyarələr ala bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Indian Defense Research Wing portalı yazıb.
“Bu, dörd “Su-30SM” döyüş təyyarəsini, “Astra Mk1” və “RudraM” hava raketlərini, Uttam aktiv elektron skan edilmiş massiv radarını və Hindistan uçuş kompüteri də daxil olmaqla qabaqcıl silah və texnologiyalarının inteqrasiyasını əhatə edəcək. Orijinal Rusiya istehsalı “PESA” radarının “Uttam” radarı ilə əvəz edilməsi “Su-30SM”in aşkarlama və hədəf alma imkanlarını xeyli yaxşılaşdıracaq. Əməkdaşlığın ikinci potensial sahəsi Ermənistanın Hindistandan birbaşa “Su-30MKI” qırıcıları almasıdır. Bütün bunlar Hindistan və Ermənistan arasında müdafiə sektorunda gələcək əməkdaşlıq üçün imkanlar açacaq. Eyni zamanda bu əməkdaşlıq tamamlanarsa, iki ölkə arasında gələcək müdafiə sazişləri üçün presedent yarada bilər”, – deyə portal yazıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az