Cənubi Qafqaza sülh gətirməliyik – Araqçı

Cənubi Qafqaza sülh gətirməliyik - Araqçı

Biz Cənubi Qafqazın problemlərinin sülh yolu ilə həllini təmin etməliyik.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Araqçı İstanbulda 3+3 formatında keçirilən görüşlə bağlı deyib.

“Gürcüstandan başqa (3+3 formatında yalnız Gürcüstan iştirak etmir – red.), digər ölkələr Qafqaz regionunun problemlərinin həlli üçün danışıqlar aparmaq və səyləri əlaqələndirmək əzmində olduqlarını nümayiş etdiriblər. Biz siyasi razılaşmaların regiona sülh və sabitlik gətirməsini təmin etməliyik”, – deyə Araqçı bildirib.