Netanyahudan Makrona cavab: “İsrail dövləti belə yaradılıb”

Netanyahudan Makrona cavab: "İsrail dövləti belə yaradılıb"

Fransa ilə İsrail arasında Livana görə gərginlik bir qədər də artıb.

Globalinfo.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun “İsrail BMT qərarı ilə yaradıldığını unutmasın” açıqlamasına cavab verib.

“Fransa prezidentinə xatırladıram ki, İsrail dövləti BMT qətnaməsi ilə yox, Fransanın Vişi rejimi tərəfindən tətbiq edilən “Holokost” qətliamını yaşamış qəhrəmanların müstəqillik uğrunda apardığı müharibədə qazanılan qələbə ilə yaradılıb”, – Netanyahu bildirib.

Qeyd edək ki, İsrail BMT sülhməramlılarının Livan sərhədindən çəkilməsini tələb edir. Təl-Əviv HƏMAS-ın bu sülhməramlılardan istifadə etdiyini bildirir.

Əliyar Xəlil
Globalinfo.az