teyyare

İrəvan-Moskva reysi ilə uçan biznes təyyarəsində həyəcan siqnalı işə düşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Flightradar 24” xidməti məlumat yayıb.

Hazırda uçuşun davam etdiyi qeyd edilir.

Zvartnots hava limanından saat 18:40-da havaya qalxan “Hawker 800A” təyyarəsində 8 sərnişin olub.

Bir neçə dəqiqədən sonra hava gəmisi Azərbaycan ərazisində olarkən həyəcan siqnalı verilib.

Təyyarənin Vnukovoda enişi Bakı vaxtı ilə saat 22:52-də planlaşdırılır.

Paylaş: