vaaqn 1

“Qarabağ ermənilərinin geri qayıtması inandırıcı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

Onun sözlərinə görə, bu məsələdə realist olmaq lazımdır və bunu Bakı ilə İrəvan arasında sülh münasibətləri tam bərpa olunduqdan sonra həll etmək olar.

Xaçaturyan deyib ki, hazırda Ermənistan üçün ən vacib məsələ ölkənin təhlükəsizliyini təmin etməkdir, çünki bu, istənilən məsələnin həllinə mane olur.

Qeyd edək ki, rəsmi İrəvan zaman-zaman ermənilərin Qarabağa qayıdışından bəhs etsə də, eyni haqqı Ermənistandan qovulmuş azərbaycanlılara tanımaq istəmir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: