“Putini həbs edin” deyilmişdi, o isə medal verdi

"Putini həbs edin" deyilmişdi, o isə medal verdi

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Rusiya Prezidenti Vladimir Putinə türkmən şairin medalını təqdim edib. 

Globalinfo.az xəbər verir ki, Berdiməhəmmədov bu medalın Rusiya ilə Türkmənistan arasında möhkəm dostluğun daha bir simvoluna çevriləcəyini deyib.

“Hörmətli Vladimir Vladimiroviç, mən sizi “Məhtumqulu Bayrağı” yubiley ordeni ilə təltif etmək qərarına gəldim”, – Türkmənistan prezidenti bildirib.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Türkmənistanı Vladimir Putini Aşqabadda gözlənilən səfəri zamanı həbs etməyə çağırmışdı.