6p lavrov zamena f84

MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən yaxşı gəlir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Nazirlər Şurasının yekunlarına dair mətbuat konfransında deyib.

Lavrov bildirib ki, Qərb ölkələrinin metodları MDB ölkələri tərəfindən rədd olunur.

“Bunlar o cümlədən postsovet məkanı dövlətləri tərəfindən də rədd edilir. İki tam müstəqil ölkənin bir-biri ilə münasibətlər qurması kiminsə xoşuna gəlməyəndə ikinci, üçüncü dərəcəli sanksiyalar adlanan qeyri-qanuni tədbirlər tətbiq olunur. Bunların əlbəttə ki, beynəlxalq hüquqa heç bir aidiyyəti yoxdur”.

Paylaş: