Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Məlumata görə, tərəflər çoxşaxəli Ermənistan-Fransa gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər və dostluq münasibətlərinin inkişafı və möhkəmlənməsinə yönəlmiş ardıcıl addımların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Fransa prezidenti Emmanuel Makron isə Ermənistanı qeyd-şərtsiz dəstəklədiyini, həmçinin Fransa ilə Ermənistan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafına hazır olduğunu təsdiqləyib.

Nikol Paşinyan regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində atılan addımların vacibliyini vurğulayaraq, sazişin imzalanmasının bu problemin həllinə kömək göstərəcəyinə əminliyini ifadə edib. O bildirib ki, İrəvan sənədi imzalamağa və növbəti müzakirələri davam etdirməyə hazırdır.

Paşinyan həmçinin Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaların blokdan çıxarılmasına hazır olduğunu vurğulayıb.

Emmanuel Makron ölkəsinin Ermənistan hökumətinin sülh və sabitlik istiqamətində atdığı addımları dəstəklədiyini bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: