“Qarabağ məsələsi uzun illər boyu Ermənistanın boynunda bir yük kimi qalıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol paşinyan deyib.
O bildirib ki, BMT-dəki çıxışı zamanı Ermənistan dövlətinin maraqları baxımından zəruri hesab etdiyi məsələlərdən danışıb.
“Qarabağ məsələsi bir çox ölkələr tərəfindən erməni dövlətçiliyinin aradan qaldırılması üçün alət kimi istifadə olunub. İndi bu yükdən xilas olmaq yolunda addımlayarkən müxalifət bizi bizi real dövlət gündəmimizdən yayındırmağa çalışır. Hesab edirəm ki, erməni xalqı öz tarixi ilə bağlı bütün həqiqətləri bilməlidir”, – deyə Paşinyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az