tehran iran

“Ukraynada Rusiya ilə Qərb arasında gedən müharibə zamanı Kremlin mövqelərini zəiflətmək baxımından ən praktik addımlardan biri Rusiya üçün (Kurskda) ikinci cəbhənin açılması oldu. Rusiya bundan çox çəkinirdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Milli Assambleyasının keçmiş deputatı Qaqik Minasyan deyib.

Onun sözlərinə görə, İranın İsraillə hərbi münaqişəyə cəlb edilməsi həmçinin ABŞ və kollektiv Qərb üçün ikinci cəbhənin açılmasına gətirib çıxaraq. Bu onlar üçün Ukrayna cəbhəsinin əhəmiyyətini azalda bilər.

“İranın əleyhdarları hərbi münaqişədən Tehranda hakimiyyəti dəyişmək, ölkəni Rusiya və Çin ittifaqından qoparmaq üçün istifadə etmək istəyirlər.

Müttəfiqi İranın siyasi oriyentasiyasının zorakılıqla dəyişdirilməsi Rusiya üçün qəbuledilməzdir. Çünki bu, Rusiyanı İran vasitəsilə Hind okeanına birləşdirən Şimal-Cənub dəhlizinin reallaşdırılması imkanlarını aradan qaldırır”, – Minasyan bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: