EBL8y6F3M4ehHkgIDBbkJk7Ueh4B3YA0z9Gmre5q

Ermənistanın baş naziri Nikol Paşinyan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifi qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Paşinyan görüş zamanı Ermənistan və İran arasında əlaqələrin davamlı inkişafının Ermənistanın prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Ermənistanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı ilə bağlı İranın prinsipial mövqeyini yüksək qiymətləndirib.

Öz növbəsində, Məhəmməd Rza Arif vurğulayıb ki, İran Ermənistanın ərazi bütövlüyünü tam dəstəkləyir və regionda sərhədlərdə istənilən dəyişikliyi qəbuledilməz sayır. Eyni zamanda o, İranın İrəvanla çoxsahəli əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Paşinyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ətrafında müzakirələrdə son hadisələrə, eləcə də regional kommunikasiyaların blokdan çıxarılmasına toxunub.

Tərəflər ikitərəfli ticarət-iqtisadi əlaqələr və onların inkişafı, enerji, infrastruktur, yol tikintisi, turizm və sair sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: