IMG 2525

“Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsində İsrailə İran agenti kömək edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Fransanın “Le Parisien” nəşri öz mənbələrinə istinadən yayıb.

“Yəhudi dövləti İran agenti tərəfindən şiə liderinin Beyrutun cənubunda olması ilə məlumatlandırılıb” – nəşrin məqaləsində yer alıb.

Qeyd edək ki, Həsən Nəsrullah sentyabrın 27-də öldürülüb. İsrail onun olduğu əraziyə 80 raket atıb. Nəsrullahın öldürülməsindən sonra regionda intensiv müharibə hazırlıqlarına start verilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: