“İranın təcavüzü baş versə, İsrail cavab hücumu həyata keçirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu BMT tribunasında çıxışı zamanı İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, İsrail dövlətinin “əli uzundur” və hər yerə çatır.
“Əgər İran bizə hücum etsə, əks həmlə ilə cavab verəcəyik. Bütün Yaxın Şərqə olduğu kimi İsrailin “uzun qolu” İrana da çatacaq”, – deyə Netanyahu Tehrana xəbərdarlıq edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az