118698255 pashinyan21.jpg

“Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın siyasi iradəsi var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yunanıstanlı həmkarı Kiriakos Mitsotakislə görüşü zamanı deyib.

Paşinyan bildirib ki, Ermənistan hökuməti Yunanıstanla əlaqələrin genişləndirilməsinə və çoxşaxəli münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verir.

Tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində atılan addımları da müzakirə ediblər. Paşinyan vurğulayıb ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın siyasi iradəsi var və hazırda regionda sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: