Dünya nüvə fəlakəti astanasındadır.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.
“Tamamilə inanılmaz görünsə də, dünya nüvə fəlakətinin və “nüvə Holokostu”nun astanasındadır. Dialoq qurmalıyıq, razılaşma olmayanda belə, BMT-nin sarsıdılmış nüfuzunu bərpa etməliyik. İkili standartlar praktikasına son qoyulmalıdır”, – o bildirib.














