Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, 28 yaşlı Nailə Nəsrəddinli bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Nəsrəddinliyə kəsici-deşici alətlə daxilə keçməyən xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini 1995-ci il təvəllüdlü Arzu Əliyev saxlanılıb.
Faktla bağlı araşırma aparılır.