İsrailin Hayfa şəhərində 20 ildə ilk dəfə raket xəbərdarlığı elan edilib.

Globalinfo.az xəbər verir ki, hökumət ölkədə 48 saat ərzində xüsusi vəziyyət tətbiq edib.

Nazirlər Kabinetinə və orduya sığınacaqlarda qalmaq, görüşlərə qatılmamaq və işdə məhdudiyyətlər tətbiq etmək tapşırılıb.

İsrail ordusu isə Livandakı mindən çox Hizbullah hədəfinə hücum etdiyini açıqlayıb.

Bu barədə İsrail ordusunun  mətbuat xidməti məlumat yayıb.

Hizbullah hədəflərinə edilən hücumda 1400-dən çox sursatdan istifadə olunub. Hizbullahın yüksək rütbəli komandiri Fuad Şükr də daxil olmaqla 7 nəfər həlak olub.

Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin zərbələri nəticəsində Livanın cənubunda 100 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Rəsmi Təl-Əviv isə İsrailin şimalında 80 minə yaxın sakinin oxşar vəziyyətlə üzləşdiyini bildirib.

Bu arada İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 356-ya çatıb. Livan Səhiyyə Nazirliyi ölənlərin 24-nün uşaq və 42 nəfərin isə qadın olduğunu bildirib. Hücumlar nəticəsində ən azı 1246 nəfər yaralanıb.

Müşviq Tofiqoğlu,
Globalinfo.az

Paylaş: