pasinyan putin

“Oktyabrda Gürcüstanda keçiriləcək seçkilər Cənubi Qafqazdakı yeni təhlükəsizlik arxitekturasını və regionun taleyini müəyyən edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Abraham Qasparyan deyib.

“Əgər hakimiyyətə qərbyönümlülər gələrsə, o zaman Gürcüstan Rusiyaya qarşı ciddi proseslər üçün plasdarm ola bilər. Eyni zamanda bu güclərin qələbəsi halında Rusiya bazası Ermənistandan çıxarılacaq. Moskva müvəqqəti olsa da, Cənubi Qafqazı tərk edəcək”, – o bildirib.

Qasparyanın sözlərinə görə, Gürcüstanda rusyönlü qüvvələr qələbə qazanarsa, Rusiya İranla əlaqələrini gücləndirəcək, Ermənistan hökuməti isə Prezident Vladimir Putinə səcdə edəcək:

“Qərb bütün gücü ilə Ermənistanı anti-Rusiya plasdarmına çevirməyə çalışır, amma indiki hakimiyyət hansısa hesabla real hərəkətə getmir, əvəzində yarımaddımlar atır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: