Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin müavini Coşua Haqı qəbul edib.
Globalinfo.az xəbər verir ki, Qriqoryan bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Tərəflər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri müzakirə ediblər.
Görüşdə iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığın gücləndirilməsindən danışılıb.
Həmçinin ikitərəfli çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.
Armen Qriqoryan ABŞ rəsmisi ilə regional təhlükəsizlik məsələsini və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az













