“Hazırda gündəliyimizdə BRİKS-ə inteqrasiya məsələsi yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan II Dünya Erməni Sammitində deyib.
Baş nazir BRİKS sammitinə qatılacağını açıqlayıb:
“Mən Rusiya Prezidenti Vladimir Putindən oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində iştirak üçün dəvət almışam. Bu dəvəti qəbul etdim. Hazırda ətraflı məlumat verə bilmərəm”.
Ayşən Mustafa
Globalinfo.az














