WhatsApp Image 2024 06 16 at 13.04.15 2 900x511 1

“Qarabağ ətrafında baş verən hadisələrdə Ermənistan rəhbərliyi günahkardır”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, Ermənistan rəhbərliyinə Azərbaycanın ərazilərini özünə qaytarmaqla bağlı xəbərdarlıq edib. Eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan Minsk və Moskvanın bu problemi həll etmək tələblərinə məhəl qoymayıb, İrəvanın mübarizə aparacağını deyib.

“Müharibə yekunlaşdı. Paşinyan! Sən özün etiraf etdin ki, Qarabağ Azərbaycan ərazisidir. İndi kimdən inciyirsən?” – deyə Lukaşenko vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: