“Ağ Lotus” serialı Tailanda səyahət tələbatını dörd dəfə artırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Tailand Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məşhur ABŞ serialı Tailandda turizm bumuna səbəb olub.
Ölkənin Koh Samui, Banqkok və Phuket kurortlarında çəkilmiş “Ağ Lotus” serialının üçüncü mövsümü Asiyaya səyahətlə bağlı tələbatı artırıb.
Çəkilişlərin dörd ayı ərzində serial Tailand iqtisadiyyatına 36,5 milyon dollar gəlir gətirib və min yerli sakin üçün iş yeri yaradıb.
Serial yayımlandıqdan sonra isə səyahət sifarişlərinin sayı dörd dəfə, onlayn axtarışlar isə təxminən 88 faiz artıb.
Tahir Turan
Globalinfo.az