1680079398 irevan1

“Ermənistan KTMT-dən çıxa bilər. Bu imkanın olduğunu istisna etmək olmaz”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, Rusiyadan Ermənistan barədə səsləndirilən ittihamlara cavab verərək, İrəvanla təhdid dilində danışmağın məntiqsiz olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan bundan öncə KTMT-dəki fəaliyyətini dondurduğunu rəsmən açıqlayıb. Rusiya isə Ermənistanın KTMT-dən çıxmaq qərarının ona xeyir gətirməyəcəyini bəyan edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: