“Ukraynada atəşkəs əldə etmək üçün beynəlxalq koalisiyanın yaradılması zəruridir”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O bildirib ki, Ukraynada sülh Moskva və Kiyev arasında dialoq, bütün beynəlxalq ictimaiyyətin güclü dəstəyi və marağı ilə mümkündür.
“Tərəflərin sülhə nail olmaq arzusu yoxdur. Çünki hər iki tərəf zamanın onların xeyrinə olduğuna əmindir. Bizim təkcə cənub ölkələri deyil, həm də Avropanın geniş beynəlxalq ictimaiyyəti tərəfindən dəstəklənən əsl sülh missiyasına ehtiyacımız var. Biz hamımız sülhə maraqlı olduğumuzu nümayiş etdirməliyik. Ancaq Rusiya ilə dialoq olmadan sülh mümkün deyil. Rusiya və Ukrayna liderləri arasında dialoq baş tuta bilər, lakin hər iki tərəfin qəbul edəcəyi “sülh planını” dərhal həyata keçirmək mümkün deyil. İlk addım atəşkəsdir. Dialoq olmasa, sülh şansı da yoxdur”, – deyə Orban vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














