1701860762 zaxarova 2

“Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tamhüquqlu üzvlüyünü yeniləyəcəyinə ümid edir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

“Ümid edirik ki, Ermənistanın və ya ümumilikdə regionun gələcək təhlükəsizlik maraqları çərçivəsində İrəvan KTMT-dəki tamhüquqlu üzvlüyünü yeniləyəcək. Ermənistan rəhbərliyi əməkdaşlıqdan çıxmaq siyasəti həyata keçirdi. Moskvanın fikrincə, bu, ermənilərin maraqlarına ziddir”, – XİN rəsmisi bildirib.

Qeyd edək ki, Paşinyan bundan öncə Ermənistanın KTMT-dəki üzvlüyünü de-fakto dondurduğunu açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: