Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinə gedib.
Globalinfo.az xəbər verir ki, Paşinyan Kirants kəndindəki “Surb Errordutyun” kilsəsini ziyarət edib.
Qeyd edək ki, kilsə Ermənistan hökumətin qərarı ilə bərpa olunur.
Paşinyan Kirantsda yeni tikilən məktəb binasının açılışında da iştirak edib.
Müşviq tofiqoğlu
Globalinfo.az