“Rusiya müharibə nəticəsində Ukraynaya vurduğu bütün xərcləri qarşılamalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
Onun sözlərinə görə, Polşa İkinci Dünya müharibəsi zamanı böyük maddi və mülki itkilərlə üzləşib, amma onların heç biri kompensasiya edilməyib:
“İstəmirik ki, Ukrayna da bizim kimi şəxsi hesabına özünü bərpa etsin. Kiyevin dəstəyə ehtiyacı olacaq, amma hər şeydən öncə dəyən zərərə görə kompensasiya tələb edəcək. Bu da ilk növbədə aqressorun, yəni Rusiyanın öhdəliyidir”.
Əliyar Xəlil
Globalinfo.az