Ermənistanda AES işini bərpa etdi

Ermənistanda AES işini bərpa etdi

Ermənistan Atom Elektrik Stansiyası enerji sisteminə qoşulub.

Globalinfo.az Axar.az-a istinadən bildirir ki, bu barədə respublikanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan məlumat verib.

Onun sözlərinə görə, yaxın saatlarda AES tam gücünə çatacaq.

***09:24

Ermənistanda Atom Elektrik Stansiyası (AES) ildırım vurması səbəbindən fəaliyyətini dayandırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, atom elektrik stansiyası fövqəladə dayandırma rejimində enerji sistemindən ayrılıb.

Qeyd olunur ki, stansiya əməkdaşları onun yenidən işə salınması üzərində çalışırlar.