“20 Yanvar” metro stansiyası və “Cəfər Cabbarlı” keçidindəki mağazalar bağlanıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı jurnalist Elmir Muradov məlumat yayıb.
O, mağazaların hansı səbəbdən bağlandığını bilmədiyini qeyd edib.
Məsələ ilə bağlı Globalinfo.az Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumdan məsələnin onların səlahiyyətində olmadığı bildirilib.
“Bakı Metropoliteni” QSC-dən saytımıza verilən məlumata görə, məsələ onlara da aid deyil.
“Mağazaların bağlanma səbəbini biz bilmirik. Həmin ticarət obyektləri bizim nə səlahiyyət, nə də məsuliyyət zonamızdadır. Orada olan ticarətə icazə verən, təşkil edən qurum deyilik”, – qurumdan bildirilib.
Zaira Akifqızı
Globalinfo.az
:






