Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ümumi sahəsi 2220 m² (hər mərtəbəsi 1110 m²) olan ikimərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 25 m² olan köməkçi otağa yığılan əşyaların 10 m² sahədə yandığı bildirilir.
Yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Məktəb binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.