49b75fd35da6618eff91d2c3a2690d33

“Payızın əvvəlində müharibə ilə qorxutmaq və ermənilərə xəyali alternativ təqdim etmək məqsədi daşıyan kütləvi türkyönlü təbliğat kəskin şəkildə güclənəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

O bildirib ki, yeni siyasi mövsüm ərəfəsində Ermənistan ictimaiyyətini vədlər, andlar və alovlu çıxışlar deyil, qətiyyətli dəyişikliklər gözləyir.

“Seçicilərin apolitik hissəsinin böyük əksəriyyəti Ermənistanın Türkiyə-Azərbaycan tandemi qarşısındakı alçaqlığına son qoyulacağını və əsaslı dəyişikliklər olacağını gözləyirlər. Əsas diqqət Rusiya və İranın varlığını Ermənistandan sıxışdırıb çıxarmaq üçün həyata keçirilən proseslərin sürətləndirilməsinə yönəldiləcək. Təbii ki, bu prosesə Türkiyəyönlü resurslar cəlb olunacaq. Bunu İrəvan və Ankara nümayəndələrinin son təmaslarının bəzi təfərrüatları sübut edir. Odur ki, Payız ya Ermənistanda ictimai formasiyanın köklü təkmilləşməsinin başlanğıcı olacaq, ya da ölkənin parçalanması üçün dönməz proseslərə start veriləcək. Paşinyan hökuməti isə öz siyasətini sona qədər həyata keçirmək üçün erməni xalqı ilə mübarizə aparacaq”, – deyə Abovyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: