“Nə qədər ki, bu hakimiyyət Ermənistandadır, bizə hörmət etməyəcəklər. Bizdən yararlanaraq məhv edəcəklər”.
Globalinfo.az xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan deyib.
“2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan və onun tərəfdaşları ən çox “suverenlik” və “subyektivlik” sözlərindən istifadə etdilər. Paşinyan baş nazir kürsüsünə oturduqdan sonra Qarabağ məsələsində fərqli siyasət yürütməyə başladı. Bir sözlə, Paşinyan öz addımları ilə danışıqları dalana dirədi, Ermənistanı beynəlxalq təcrid vəziyyətinə saldı, bizi müttəfiqlərdən məhrum etdi, müharibəyə töhfə verdi, məğlubiyyət gətirdi və indi də bütün bunlar davam edir. Bizim regionda hər kəs öz maraqlarını təbliğ edir. Məsələn, Gürcüstan hakimiyyəti öz ölkəsinin suverenliyi üçün əsl mübarizə aparır. Onlar ABŞ-ın əlində yemə çevrilmək və Rusiyaya qarşı istifadə edilmək istəmirlər. Paşinyan isə şəxsi maraqları naminə Ermənistanı geosiyasi toqquşmaların mərkəzinə çevrilməyə razılaşıb”.
Tevanyan əlavə edib ki, hazırda dünya erməni xalqının davranışını təəccüblə izləyir.
“Nə qədər ki, bu hakimiyyət Ermənistanda qalıb, bizə hörmət edilməyəcək. Biz dünya birliyinin coşğulu və ümidverici baxışları altında istifadə olunaraq məhv ediləcəyik. Nikol Paşinyan ABŞ-ın moderatorluğu ilə məhz bu plana xidmət edir. ABŞ-ın vəzifəsi Ermənistanı məhv etmək yox, Rusiya və İrana qarşı istifadə etməkdir. Bütün bunların nəticəsində Ermənistan yox olacaq”, – deyə Tevonyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az