media 15 e5jqo0tnsc7gblvhpkmr

115 saylı Seçki Dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə növbəti görüşü Şəki şəhər Dram Teatrında baş tutub.

Globalinfo.az bildirir ki, 2 saatdan çox davam edən görüşdə deputatlığa namizədin əvvəlki illərdə Milli Məclisin üzvü kimi göstərdiyi fəaliyyəti əks etdirən video- film nümayiş etdirilib.

Daha sonra Cavanşir Feyziyevin vəkilləri çıxış edərək seçiciləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməyə, 1 sentyabr seçkilərində fəal iştirak etməyə və Cavanşir Feyziyevin namizədliyini dəstəkləməyə çağırıblar. Şəki sakinləri qarşısında çıxış edən Cavanşir Feyziyev torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan dövlətinin apardığı siyasətin uğurundan, Azərbaycan ordusunun şücaətindən danışaraq ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Demokratik proseslərin dərinləşdirilməsi üçün dövlət tərəfindən yaradılmış şəraiti yüksək qiymətləndirən Cavanşir Feyziyev seçiciləri ölkənin siyasi həyatında fəal iştirak etməyə və eyni zamanda vətəndaş məsuliyyətini və vəzifələrini layiqincə yerinə yetirməyə çağırıb. Daha sonra görüş tədbir iştirakçılarının suaalları və deputatın cavabları ilə davam edib. Şəkililər qarşıdan gələn seçkilərdə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

media 12 media 10 vl0y8bpqegc4wf5o2rk9 WhatsApp Image 2024 08 18 at 16.35.04 media 14 media 1 2v645w93pmjychsrail7 media 13 media 6 media 4 media 7 media 2 1afemy4jnc7i0vuhbq3o

Paylaş: