“Donald Tramp ABŞ prezident seçkilərində uduzsa belə, Qərb Ukraynanı sülhə məcbur etmək üçün təzyiq göstərməyə davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Financial Times” çıxış edib.
Nəşrin məlumatına görə, Tramp dəfələrlə Ukrayna münaqişəsini bir gecədə həll edə biləcəyini söyləyib:
“Onun bəzi keçmiş müşavirləri iddia edirlər ki, siyasətçinin təklifi Kiyev üçün Qərbin təhlükəsizlik zəmanəti altında ərazilərin qeyri-rəsmi olaraq verilməsini ehtiva edə bilər. Ukrayna və onun avropalı müttəfiqlərinin narahatlığına baxmayaraq, hazırkı dəstək səviyyəsini nəzərə alsaq, başqa seçimləri yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az