eli kerimli 12

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli keçmiş partiya üzvü tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

İş hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmə iclası avqustun 13-nə təyin edilib.

***10:29

AXCP sədri Əli Kərimli barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilib.

Globalinfo.az xəbər verir ki. bu barədə Əli Kərimli özü məlumat yayıb.

O bildirib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi Rayon Məhkəməsində olacaq.

Məlumata görə, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədardır.

Paylaş: