Məşhur müğənni 3 mahnıya görə 1 milyon lirə qazanacaq

Məşhur müğənni 3 mahnıya görə 1 milyon lirə qazanacaq

Türkiyəli müğənni Aleyna Tilki Yeni il proqramında iştirak üçün 1 milyon lirə ( 91 min AZN) əldə edəcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 22 yaşlı Aleyna 31 dekabrda televiziya kanallarının birindəki şou proqramında iştirak edəcək.

Bildirilib ki, sənətçi 1 milyon lirə qarşılığında 3 mahnı oxuyacaq.

Həmçinin, ifaçı Yeni illə bağlı otel və klublardan gələn təklifləri qəbul etməyib.