Rusiya Prezidenti Vladimir Putin Ukraynada yaşanan uğursuzluqlar fonunda tərəfdarlarının dəstəyini itirir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Amerikanın Müharibə Tədqiqat İnstitutu çıxış edib.
Məlumata görə, Putini artıq qondaram “donetsk xalq respublikası”nın keçmiş müdafiə naziri İqor Strelkov da tənqid edir.
Separatçıların keçmiş “təhlükəsizlik naziri” Aleksandr Xodakovski də Kremlin tənqidçiləri sırasına qoşulub.
Qeyd edək ki, Rusiyada keçirilən son sorğulara əsasən, Putinə dəstək verənlərin sayı ictimaiyyətin 75%-ni təşkil edir. Bununla belə, sorğunun hakimiyyətə yaxın institutlar tərəfindən təşkili onun real rəqəmi əks etdirdiyini müəyyən qədər şübhə altına alır.
İlkin
Globalinfo.az