WhatsApp Image 2024 07 30 at 22.39.59 1

Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən  qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Screenshot 1 3 WhatsApp Image 2024 07 30 at 22.39.59  WhatsApp Image 2024 07 30 at 22.40.00

Paylaş: