
Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
