2e116f41e082e0263ab422c8ff12fcf0

Hüquq-mühafizə orqanları Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmaninə ünvanlanmış, ilkin testlərə görə tərkibində vəba virusunun olduğu qara toz olan məktubu ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, zərf Dijon şəhərində ələ keçirilib. Zərfin içində virusun daşıyıcısı olan pudradan əlavə, təhqiramiz məktub da olub.

Qəzet qeyd edir ki, ekspertlər tozu təhlil edirlər. Nəticələrin bazar ertəsi günü açıqlanacağı gözlənilir. Məsələ ilə bağlı Dijon prokurorluğunda araşdırma aparır.

Paylaş: