“İran məni öldürsə, ümid edirəm ki, ABŞ bu ölkəni yer üzündən siləcək. Əks halda Amerika liderlərini qorxaq hesab edəcəklər”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti, prezidentliyə namizəd Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ KİV-ləri İranın Trampa sui-qəsd edəcəyi iddialarından sonra sabiq prezidentin təhlükəsizliyinin gücləndirdiyi barədə məlumat yayıb.
Safura Bənnayeva
Globalinfo.az